HÜQUQİ MƏLUMAT
Müəllif hüququ © 2015 ZTE CORPORATION.
Bütün hüquqlar qorunur.
ZTE Corporation-un əvvəlcədən əldə olunmuş yazılı razılığı olmadan bu sənədin heç bir hissəsindən çıxarış etmək, üzünü
çıxartmaq, tərcümə etmək və ya istənilən elektron və ya mexaniki formada, ya da surət və ya mikrolm daxil olmaqla heç
bir digər vasitələrlə istifadə etmək qadağandır.
Bu təlimat ZTE Corporation tərəndən nəşr olunur. Biz əvvəlcədən bildiriş vermədən çap səhvlərində düzəlişlər etmək və
ya xüsusiyyətləri yeniləmək hüququnu özümüzdə saxlayırıq.
Versiya Nö.: R1.0
Buraxılma vaxtı : 1.20.2015
QEYD: Cihazı hərarətin yüksək olduğu. qapalı məkanda istifadə etməyin. Bu cür məkanda uzunmüddətli istifadə cihazın
isinməsinə və temperaturunun qalxmasına səbəb ola bilər, bu da öz növbəsində cihazın avtomatik sönməsi (dayanması)
ilə nəticələnir. Bu cür hallarda, cihazı işə salmaqdan öncə onu yaxşı havalandırılmış məkanda soyudun.
ZTE CORPORATION
NO. 55, Hi-tech Road South, ShenZhen, P.R.China
Poçt İndeksi: 518057
Cihazınızla tanışlıq
Görünüş
Aşağıdakı təsvir yalnız ümumi anlayışınız üçün verilir. Faktiki məhsul fərqli ola bilər.
1. LED işıq indikatoru
2. Yandırıb-söndürmə düyməsi
3. WPS düyməsi
4. Mikro USB portu
5. U(SİM) kart yuvası
6. RESET düyməsi
7. microSDHC kart yuvası
QEYD: microSDHC™ loqotipi SD-3C, LLC-nin əmtəə nişanıdır.
İndikatorlar
İndikator Görünüşü İzahı
Şəbəkə
Sabit qırmızı
Xəta statusu. Mobil şəbəkədə qeydiyyatdan keçməyib, (U)SIM kart
daxil edilməyib və ya şəbəkə xidməti mümkün deyil.
Sabit yaşıl 2G/3G şəbəkəsində qeydiyyatdan keçmişdir
Yanıb-sönən yaşıl 2G/3G şəbəkəsinə qoşulmuşdur və məlumat ötürülməkdədir
Sabit mavi 4G şəbəkəsində qeydiyyatdan keçmişdir
Yanıb-sönən mavi 4G şəbəkəsinə qoşulmuşdur və məlumat ötürülməkdədir
Wi-Fi
Sabit mavi Wi-Fi aktivdir
Yanıb-sönən mavi WPS aktivdir
LED işıq sönüb Wi-Fi söndürülmüşdür və ya cihazınız gözləmə rejimindədir
Batareya
Yanıb-sönən qırmızı Batareya boşdur. Zəhmət olmasa batareyanı sarj edin (doldurun).
Sabit qırmızı
• Batareyanın enerji səviyyəsi zəifdir. Zəhmət olmasa batareyanı
sarj edin (doldurun).
• Batareya tam olaraq və ya artıq enerji yığmaq vəziyyətindədir.
Yanıb-sönən yaşıl Batareya enerji yığmaqdadır.
Sabit yaşıl Batareyanın enerji səviyyəsi orta və ya yüksəkdir.
LED işıq sönüb
Cihazınız gözləmə rejimindədir və enerji yığmır və ya batareya daxil
edilməyib.
Bağlantı variantları
Cihazınız İnternetə qoşulmaq üçün iki üsulu dəstəkləyir və multi istifadəçilərin eyni zamanda internetə girmək
imkanını dəstəkləyir. Aşağıdakı təsvir yalnız ümumi anlayışınız üçün verilir.
• 4G rejimi: İnternetə giriş üçün (U)SIM kartınızı istifadə edin.
• Wi-Fi internet rejimi: Cihaz Internetə giriş üçün digər WLAN avadanlığı (qoşulma nöqtəsi, simsiz rutor)
vasitəsilə qoşulacaq. WLAN avadanlığı artıq İnternetə qoşulmuşdur.
QEYD: Cihazınızın və digər WLAN avadanlığının alt-şəbəkələri fərqli olmalıdır.
1 2 3 4 5
Cihazınızın quraşdırılması
1. Arxa qapağı sürüşdürərək çıxardın
2. (U)SIM kartını daxil edin
DİQQƏT: Cihazınız Micro/Nano SIM kartı və ya digər qeyri-standart SIM kartları
dəstəkləmir. Cihazı zədələməmək üçün həmin kartlardan və ya hər hansı kart
saxlayıcılarından istifadə etməyin.
3. Zərurət varsa, microSDHC kartını daxil edin.
4. Batareyanı daxil edin.
5. Arxa qapağı bağlayın.
Cihazınıza qoşulmaq
Wi-Fi vasitəsilə
1. Cihazınızı tam olaraq qoşun.
2. Mövcud olan simsiz şəbəkələri axtarmaq üçün kompüterdəki adi Wi-Fi proqramını
istifadə edin
QEYD: "Kompüterinizin Lokal Birləşməsinin
Sazlanması" bölməsinə keçərək, IP ünvanı avtomatik
qəbul etməsi parametrini seçin və kompüter
“192.168.0.101” bənzər IP ünvan alacaqdır.
3. Cihazınızın identikatorunu (SSID) seçin və
“Connect” (Qoşul) klikləyin.
QEYD: Cihazın standart identikaorunu (SSİD)
müəyyən etmək üçün, cihazın üzərindəki etiketə baxın.
4. Şifrəni daxil edin və “Connect” (Qoşul) klikləyin.
QEYD:
Siz Wi-Fi bağlantısı üçün şifrə daxil etməlisiniz. Standart şifrəni almaq üçün cihazınızdakı etiketi yoxlayın.
5. Bir qədər gözləyin və kompüter cihazınıza uğurla bağlanacaq.
USB kabel vasitəsilə
1. Cihazınıza qoşulun.
2. Cihazınızı işə salın.
3. Əməliyyat sistemi yeni avadanlığın qoşulduğunu müəyyən edir və quraşdırmanı avtomatik tamamlayır.
QEYD: Əgər sistem quraşdırmanı avtomatik olaraq başlatmırsa, quraşdırma proqramını Mənim Kompüterim >
Azercell Modem.
seçərək başlatmaq olar.
4. Bir qədər gözləyin və kompüter cihazınıza uğurla bağlanacaq.
WPS-dən istifadə etməklə qoşulma
Əgər qoşulacağınız cihaz WPS-i dəstəkləyirsə, siz əlavə olaraq şifrə daxil etməli olmayacaqsınız. Xahiş edirik,
aşağıdakıları edin:
1. Cihazınızı işə salın və cihazınızda Wi-Fi funksiyasını yandırın.
2. WPS identikasiya prosesini başlamaq üçün cihazınızda təxminən üç saniyə saxlayaraq WPS düyməsini
basın.
3. İdentikasiya prosesinin baş tutması üçün kompüterinizdə WPS funksiyasını aktiv edin.
4. Bağlantını yekunlaşdırmaq üçün kompüterinizdəki sistem göstərişlərinə riayət edin.
QEYD:
Kompüterlə əməliyyatlar üzrə daha ətraı məlumat almaq üçün, kompüterin təlimatlarına nəzər salın.
6 7 8 9 10 11
İnternetə giriş
4G Rejimi
Kompüter cihazınıza uğurla qoşulduqdan sonra İnternetə Avtomatik (Automatic) və ya Əllə seçilən (Manual)
rejimində qoşulmaq olar. Standart rejim Avtomatik-dir.
Rejim Əməliyyatlar
Avtomatik Cihazınız İnternetə avtomatik olaraq qoşulur və istifadəçilər İnternetə birbaşa çıxa bilir.
Əl ilə seçilən
1. 4G Mobil Hotspot səhifəsinə daxil olun.
2. Settings > Network Settings > Dial-up Settings> WAN Connection Mode > Manual
(Parametrlər > Şəbəkə parametrləri > Kommutasiya ilə qoşulma parametrləri> WAN
qoşulma rejimi > Əl ilə seçilən) seçin və Apply (Tətbiq et) klikləyin.
3. “Home (Ana səhifə) seçin və Connect və ya Disconnect klikləyin.
QEYD: Əgər siz cihazınızın ətraı parametrlərini dəyişmək istəyirsinizsə, http://192.168.0.1 səhifələrini seçərək
4G Mobil Hotspot səhifəsinə daxil olun. Standart şifrə "admin"-dir.
Internet Wi-Fi Rejimi
1. 4G Mobil Hotspot səhifəsinə daxil olun.
2. Settings > Internet Wi-Fi seçin.
3. Internet Wi-Fi Switch üçün Enable seçin və Apply klikləyin.
4. WLAN avadanlığına qoşulun.
İki üsuldan istifadə edə bilərsiniz
u
Wi-Fi Hotspot sahəsində göstəriləcək WLAN avadanlığını seçin və Connect (Qoşul) klikləyin.
u
Add (Əlavə et) klikləyin və Add Wi-Fi Hotspot (Wi-Fi Hotspot əlavə et) sahəsində WLAN avadanlığının
məlumatlarını daxil edin və Apply (Tətbiq et) klikləyin.
5. Kompüter WLAN avadanlığına uğurla qoşulduqdan sonra, İnternetə girə biləcəksiniz.
Kompüterinizin sazlanması
Wi-Fi bağlantınız üçün İnternet Protokolunu sazlamaq üçün Windows 7-də aşağıdakı addım və şəkillərə əməl edin.
3. Wireless Network Connection (Simsiz Şəbəkə
qoşulmaları) üzərində mausun sağ düyməsini
klikləyin və “Properties” (Parametr) seçin.
4. Internet Protocol Version 4 (TCP/IPv4) seçin
və “Properties” (Parametr) seçin
5. Obtain an IP address automatically (IP ünvanın avtomatik alınması) və Obtain DNS server address
automatically ( DNS server ünvanının avtomatik alınması) seçib OK düyməsini klikləyin.
1. ”Network” (Şəbəkə) üzərində mausun sağ
düyməsini klikləyin və “Properties” (Parametr)
seçin.
2. “Change adapter settings” (Adaptor
parametrlərini dəyiş) seçin.
12 13 14 15 16 17
Xəbərdarlıq və bildiriş
Çihaz sahibi üçün
• Düzgün istifadə olunmadığı hallarda bəzi elektron sistemli elektron avadanlıqları cihazın elektromaqnit
təsirinə məruz qala bilər. Lazım gəldikdə, cihazı istifadə etməzdən əvvəl bu cür avadanlıqların istehsalçıları
ilə məsləhətləşin.
• Cihazın işləməsi, eşitmə aparatları və kardiostimulyatorlar kimi tibbi avadanlığın işinə təsir edə bilər. Cihaz
işlədiyi zaman onu bu cür tibbi avadanlıqlardan 20 sm artıq məsafədə saxlayın. Lazım gələrsə, cihazı
söndürün. Zərurət olarsa, cihazı istifadə etməzdən əvvəl həkimlə və ya tibb avadanlıqlarının istehsalçıları ilə
məsləhətləşin.
• Neft anbarları və kimyəvi zavodlar kimi partlayıcı qazların və ya partlayıcı maddələrin emal edildiyi yerlərdə
cihazın istifadə edilməsi zamanı istifadə məhdudiyyətlərini öyrənin. Lazım gələrsə, cihazı söndürün.
• Təyyarələrdə, yanacaqdoldurma stansiyaları və ya xəstəxanalarda elektron ötürücü cihazlarının istifadəsi
qadağandır. Bütün xəbərdaredici nişanlarını nəzərə alıb onlara riayət edin və belə hallarda cihazı söndürün.
• Daxili antena sahəsinə ehtiyac olmadan toxunmayın. Əks halda bu, cihazın işinə təsir edə bilər.
• Cihazı azyaşlı uşaqların əli çatmayacaq yerlərdə saxlayın. Cihaz oyuncaq kimi istifadə edilərsə, zərər verə
bilər.
• Cihaz işlədiyi zaman onun metal hissələrinə toxunmayın. Bu qaydanın yerinə yetirilməməsi yanıqlara səbəb
ola bilər.
Cihazın istifadə edilməsi
• Orijinal və ya icazə verilmiş aksessuarlardan istifadə edin. Digər icazə verilməmiş hər hansı aksessuardan
istifadə cihazın işinə təsir edə və telekommunikasiya terminallarına dair dövlət qanunveriliciyini poza bilər.
• Cihazı elektromaqnit dalğaları yaya biləcək yerlərdə və metal konstruksiyaların daxilində və ya yanında
istifadə etməyin. Əks təqdirdə, bu, siqnal qəbuluna təsir edə bilər.
• Cihaz suya davamlı deyil. Cihazı quru, kölgəli və sərin yerdə saxlayın.
• Cihazı kəskin temperatur dəyişikliyindən dərhal sonra istifadə etməyin. Bu halda, cihazın daxili və xarici
səthində rütubət yarana bilər. Bu səbəbdən onu quruyanadək istifadə etməyin.
• Cihazla ehtiyatlı davranın. Onu yerə salmayın, əyməyin. Əks təqdirdə, modem zədələnə bilər.
• Cihazın sökülməsi və təmiri yalnız təcrübəli mütəxəssis tərəndən həyata keçirilə bilər.
• Cihazın -10°C və +45°C arası temperaturda və 5% və 95% arası rütubətdə işləməsi tövsiyə edilir.
Məhdud Zəmanət
• Bu zəmanət məhsulun aşağıda göstərilən növ zədələnmə və nasazlıq hallarına şamil olunmur:
i. Əsaslı köhnəlmə.
ii. Son istifadəçinin ZTE-nin quraşdırma, istismar və ya təmir qayda və prosedurlarına riayət etməməsi.
iii. Son istifadəçi tərəfindən məhsulun qeyri-düzgün istifadə edlməsi, quraşdırılması, sökülməsi,
saxlanılması, xidməti və ya istismarı, məhsulla əlaqədar qeyri-düzgün davranışı, ehtiyatsızlığı.
iv. ZTE və ya ZTE tərəndən təyin olunan mütəxəssi tərəndən həyata keçirilməmiş təmir və dəyişikliklər.
v. Elektrik təminatında kəsintilər, gərginliyin gözlənilməz dəyişikliyi, yanğın, daşqın, qəzalar, üçüncü
tərəərin davranışı və ya ZTE-nin nəzarəti altında olmayan digər hadisələr.
vi. Üçüncü tərən məhsullarından istifadə və üçüncü tərən məhsulları ilə birlikdə istifadədən irəli gələn
qüsurlar.
vii. Məhsul üçün nəzərdə tutulmuş normal istifadədən kənar hər hansı bir digər səbəb.
Son istifadəçilər yuxarıda qeyd edilmiş vəziyyətlərdə məhsulu rədd etmək və ya qaytarmaq və ya ZTE-dən
məhsul üçün təzminat almaq hüququna malik deyillər.
• Bu zəmanət qüsurlu yaxud texniki şərtlərə cavab verməyən məhsullar üçün son istifadəçinin yeganə hüquq
müdaə vasitəsi və ZTE-nin müstəsna cavabdehliyidir və müvaq qanunvericiliyin məcburi müddəalarına
fərqli tələblər yoxdursa, o cümlədən, lakin bununla məhdudlaşmamaqla, yararlılıq, uyğunluq üzrə bütün
digər birbaşa və nəzərdə tutulan zəmanətləri əvəz edir.
Məsuliyyətin məhdudlaşdırılması
ZTE ziyan barədə bildiyindən, bilməli olduğundan və ya məlumatlandırılmış olmasından asılı olmayaraq, bu
məhsulun istifadəsindən irəli gələn hər hansı gəlir itkisi, eləcə də dolayısı, düşünülmüş və ya dolayı ziyan, o
cümlədən məhdudlaşmamaqla, itirilmiş gəlirlərə, fəaliyyətdə fasiləyə, kapital qiymətinə, əvəzedici xidmətlərin ya
da məhsul xərci və ya məhsulun istifadəsiz boşdayanması üzrə xərclərə görə cavabdehlik daşımır.
Problemlərin aşkarlanması və aradan qaldırılması
Problem Təklif edilən həll yolu
Cihazınız və kompüteriniz
arasında USB bağlantısını
qura bilmirsiniz.
• Siz proqram təminatını yükləməlisiniz. My Computer > Azercell Modem
ardıcıllığından istifadə etməklə proqramın quraşdırılmasına başlayın.
• Əgər cihazınızın drayveri normal deyilsə, proqram təminatını yenidən
yükləyin. Siz əvvəlcə proqram təminatını silməlisiniz.
Problem Təklif edilən həll yolu
Cihazınız və kompüteriniz
arasında Wi-Fi bağlantısını
qura bilmirsiniz.
• Wi-Fi funksiyasının aktiv olmasına əmin olun.
• Şəbəkə siyahısını yeniləyin və düzgün SSID-ni seçin.
• Kompüterinizin IP-ünvanını Internet protokol (TCP/IP) parametrlərindən
avtomatik əldə edə bilməsinə əmin olmaq üçün IP-ünvanı yoxlayın.
• Cihaza qoşulduqda düzgün şəbəkə şifrəsini (Wi-Fi şifrəsi) daxil edin.
Cihaza qoşulmuş kompüter
İnternetə çıxış əldə edə bilmir.
• (U)SIM kartının işlək vəziyyətdə olmasına əmin olun.
• Daha yaxşı siqnal olan yer tapmaq üçün yerinizi dəyişin.
• WAN Bağlantısı rejiminin parametrlərini yoxlayın.
• Servis provayderi ilə əlaqə saxlayın və APN parametrlərinizi təsdiq edin.
Internet Wi-Fi rejimindən
istifadə etdikdə, kompüter
İnternetə çıxış əldə edə bilmir.
• Digər WLAN cihazının artıq İnternetə qoşulmasından əmin olun.
• Cihazınız və digər WLAN cihazının alt-şəbəkələrinin müxtəlif olmasına
əmin olun.
Problem Təklif edilən həll yolu
4G Mobil Hotspot səhifəsinə
girə bilmirsiniz.
• Ünvanı düzgün daxil edin. Standart ünvanlar: http://192.168.0.1
• Kompüterinizdə yalnız bir şəbəkə adapterindən istifadə edin.
• Hər hansı proksi serveri istifadə etməyin.
Şifrə haqqında
• Wi-Fi bağlantısı şifrəsi üçün cihazın etiketini yoxlayın.
• 4G Mobil Hotspot səhifəsinin standart şifrəsi “admin”dir.
• Əgər siz şifrəni dəyişmisinizsə və yeni şifrəni unutmusunuzsa, cihazı ilkin
parametrlərinə qaytarmalısınız.
Köməyi necə əldə etməli:
• www.ztedevice.com veb-saytına daxil olun
• Müştəri xidmətinə zəng edin: +86–755–26779999
18 19 20 21 22 23
Naqilsiz yönləndirici